Modern.az

Jurnalist niyə “BANDOTDEL”də saxlanılır? - SƏBƏB

Jurnalist niyə “BANDOTDEL”də saxlanılır? - SƏBƏB

Aktual

4 İyul 2016, 13:22

Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun polis tərəfindən tutulduğu təsdiq olunub.

 

Modern.az-ın xəbərinə görə, bu barədə jurnalistin vəkili Nemət Kərimli məlumat verib.

 

Vəkil bildirib ki, iyulun 2-də Nərimanov rayon Məhkəməsində F. Fərəməzoğlu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

 Jurnalist Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmədə) maddəsi ilə təqsirləndirilir.

 

Həbs olunan jurnalist Fikrət Fərəməzoğlunun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (Bandotdel) saxlanıldığı bildirilir.

 

Xatırladaq ki,  Fikrət Fərəməzoğludan iyunun 30-dan bəri heç bir xəbər yox idi.

 

Yaxınları və dostları onun itkin düşdüyünü zənn edirdilər. 

 

O, iyulun 1-də saxlanılıb.

 

Ağa AKİFOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı