Yay tətil mövsümünün başlanması və Heydər Əliyev Beynəlxalq Hava Limanında yüklənmənin artması, həmçinin təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan uçan sərnişinlərə aviabiletdə göstərilən uçuş vaxtına üç saat qalmış qeydiyyat masalarına yaxınlaşmağı tövsiyyə edir.
Bu haqda AZAL-ın mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda qeyd olunub.
Bildirilib ki, Türkiyə Respublikasına giriş qaydalarına əsasən Azərbaycan vətəndaşlarının (körpələr və uşaqlar da daxil olmaqla) ümumvətəndaş pasportu ölkəyə giriş günündən etibarən ən az 90 gün ərzində etibarlı olmalıdır.
Türkiyədə qalmaq üçün viza olduğu halda, pasport vizanın müddəti başa çatdıqdan sonra 60 gün ərzində etibarlı olmalıdır. Əlavə sual yaranarsa, aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlamaq: (+99412) 598-88-80 və ya *8880, və yaxud aşağıdakı linkdə faylı yükləmək mümkündür
Gülşən RAUFQIZI