Modern.az

 Xəstənin ayağını səhv kəsən cərrah: “Səhvsiz adam olmur”

 Xəstənin ayağını səhv kəsən cərrah: “Səhvsiz adam olmur”

Aktual

4 İyul 2016, 17:58

Səhiyyə Nazirliyi Xüsusiləşdirilmiş Angioloji Mərkəzində xəstənin ayağının yanlışlıqla kəsilməsi hadisəsi barədə müvafiq qərar verib.

 

Qərara əsasən, Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin direktoru Azər Şəmsəddinski və həkim-cərrah Valeh Kərimov işdən kənarlaşdırılıb.

 

Nazirliyin qərarı ilə bağlı Modern.az saytına danışan V.Kərimov səhvsiz insanın olmadığını deyib:

“Mənim işim davam edir. Hələ ki araşdırma gedir, sonrasına da Allah Kərimdir. Əgər səmimi danışsaq, həyatda səhvsiz insan olmur.

Mən rəhmətlik Fərman Salmanovla birgə işləmişəm. O vaxt quyular qazıldı neft çıxmadı, amma axırıncı quyudan neft çıxdı. Həyatdır, sınaq meydanıdır, hər şey ola bilər”.

 

Həkim “mən sağlam ayaq kəsməmişəm, fakt hər iki ayaq xəstə olub”,-  deyərək bir daha özünə haqq qazandırmağa çalışıb.

 

Xatırladaq ki, iyunun 24-də Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində vətəndaş Məmmədova Tərlan Həsən qızı üzərində cərrahiyyə əməliyyatı aparılıb.

 

Əməliyyatı zamanı mərkəzin həkim-cərrahı Valeh Kərimov xəstənin sol ayağı əvəzinə, sağ ayağını amputasiya edərək kobud səhvə yol verib. Əməliyyatdan sonra həkim mexaniki olaraq səhv etdiyini açıqlayıb.

 

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı