Modern.az

Mədinədəki partlayışda ölü sayı 6-ya çatıb

Mədinədəki partlayışda ölü sayı 6-ya çatıb

Aktual

5 İyul 2016, 00:58

Mədinə şəhərində məsciddə baş verən partlayışda ölənlərin sayı artır. Modern.az saytı xarici mediya istinadən xəbər verir ki, partlayış Mədinə şəhərində şəhər məhkəməsi və məscidin arasında yerləşən avtomobil dayanacağında baş verib. Hadisədən sonra dayanacaqda yanğın başlayıb. Mədinədə baş verən partlayış nəticəsində 6 nəfər həyatını itirib, 10 nəfər isə yaralanıb. Ölənlərdən ikisinin dinc sakin olduğu bildirilir.

Qeyd edək ki, partlayış məscidə Məğrib namazı vaxtı törədilib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!