İyul ayının 5-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib.
Modern.az-ın məlumatına görə, iclasda 2016-cı ilin ikinci yarısında həyata keçiriləcək tədbirlər və İdarə Heyətinin 2016-cı ilin ikinci yarımilliyinə dair iş planı müzakirə edilib, YAP İdarə Heyətinin 2016-cı ilin birinci yarımillik fəaliyyəti haqqında hesabatı qəbul edilib.
İclasda qeyd edilib ki, 90 saylı Agdaş seçki dairəsində keçirilən təkrar parlament seçkisi nəticəsində hakim Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputatların sayı 72 nəfərə çatıb.
Qeyd olunub ki, 2016-cı ilin birinci yarım ilində Yeni Azərbaycan Partiyasının sıralarına 13 min nəfərdən çox yeni üzv qəbul edilib, bununla da partiya üzvlərinin sayı 679 min nəfəri keçib. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib.
İclasda YAP İdarə Heyətinin 2016-cı ilin birinci yarım ilinə dair hesabatı, İdarə Heyətinin 2016-cı ilin ikinci yarımilliyinə dair iş planı geniş müzakirə olunduqdan sonra qəbul edilib.
Modern.az