Modern.az

SOCAR-dan uşaqlar üçün Avropa Çempionatının finalına səyahət

SOCAR-dan uşaqlar üçün Avropa Çempionatının finalına səyahət

Aktual

5 İyul 2016, 16:00

AFFA və Azərbaycanın futbol üzrə yığma komandasının rəsmi sponsoru SOCAR, marketinq strategiyasının davamı olaraq, 2016-cı il futbol üzrə Avropa Çempionatının rəsmi tərəfdaşlığını həyata keçirir. SOCAR UEFA ilə tərəfdaşlığından bəhrələnərək, artıq ən mühüm korporativ məqsədlərinə nail ola bilib:Şirkət xarici ölkələrdə olan YDM-də satışlarını 30%-a qədər artırmışdır, Avropa bazarında öz məhsullarının davamlı satışını təmin etmək üçün SOCAR Avropanın ən böyük futbol yarışı vasitəsilə brendin tanıdılması vəzifəsini yerinə yetirməkdədir.

 
Gəlirlərin davamlı artırılması ilə yanaşı, SOCAR futbol bayramının sevincini ilk növbədə Azərbaycandakı futbolsevərlərin üzünə açıb, Bakı Olimpiya Stadionunda azarkeşlər zonasının yaradılması, SOCAR Barometer onlayn statistik məlumatlandırma sisteminin tətbiqi və Avropa Çempionatına biletlərin azarkeşlərə hədiyyə edilməsi kimi bir sıra ictimai layihələri həyata keçirən SOCAR Azərbaycanın gənc futbolçularını daha yüksək nailiyyətlərə təşviq etmək məqsədilə ölkəmizin müxtəlif bölgələrindən 9-13 yaşlarında olan uşaq futbol liqalarının bombardirlərinə Fransaya Avropa Çempionatının finalına səyahət hədiyyə etmişdir. Öz liqalarının istedadlı futbolçuları olan Bəhlul Mehdiyev, Jalə İldırımova, Əfqan Nuriyev, Ümid Səmədov, Sadiq Şəfiyev və Selcan Hüseynli iyulun 10-da final oyununu Parisin stadionunda izləyəcəklər. AFFA-nın dəstəyi ilə həyata keçirilən bu layihə çərçivəsində iştirak edən hər bir uşağın həyatı və nailiyyətləri haqqında qısa filmlər çəkilmişdir və ictimaiyyətə təqdim olunur. 

SOCAR uşaqları mükafatlandırdı - Sadiq 

SOCAR uşaqları mükafatlandırdı - Ümid 

SOCAR uşaqları mükafatlandırdı - Selcan 

SOCAR uşaqları mükafatlandırdı - Bəhlu 

SOCAR uşaqları mükafatlandırdı - Jalə         

 

Modern.az                     

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı