Azərbaycandakı orta məktəblərdə çalışan kişi və qadın müəllimlərin ortalama yaşı bəlli olub.
Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, ölkədə müəllimlərin orta yaş göstəricisi 45 yaşdır.
Kişi müəllimlərin orta yaş göstəricisi 48, qadınlarda isə 43 yaş təşkil edir.
Müəllimlərin orta yaş göstəricisində minimum ortalama yaş 40 olmaqla Laçın və Yardımlı rayonlarında qeydə alınıb.
Maksimum isə 51 olmaqla Şirvan rayonundadır. Bakı şəhəri üzrə müəllimlərin ortalama yaşı 48-dir.
Ağa AKİFOĞLU