Modern.az

23 yaşlı gəncin qatilinə 20 il cəza

23 yaşlı gəncin qatilinə 20 il cəza

Aktual

5 İyul 2016, 18:25

Gəncə Ağır Cinayətlər Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirli bilinən 35 yaşlı Rəşad Babayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, məhkəmənin hökmü ilə Rəşad Babayev 20 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qətl hadisəsi 3 noyabr, 2015-ci ildə Goranboy rayonunun Nizami kəndində yerləşən çayxanada baş verib.

 

 Kənd sakini Həsən Həsənov işlətdiyi çayxanda həmyerlisi Rəşad Babayevlə mübahisə edib.

 

Bu zaman Rəşad Babayev üstündə gəzdirdiyi bıçaqla Həsən Həsənova ürək nahiyəsindən zərbə endirib.

 

Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Goranboy rayon polis şöbəsinin və rayon prokrorluğunun əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarışları nəticəsində cinayəti törədən Rəşad Babayev saxlanılıb.

 

Xatırladaq ki, Rəşad Babayev əvvəllər məhkumluq həyatı yaşayıb.

 

Rəşad Babayev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham edilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı