Modern.az

Azəbaycanda 7 ədəd tank əleyhinə mina aşkarlanıb

Azəbaycanda 7 ədəd tank əleyhinə mina aşkarlanıb

Aktual

5 İyul 2016, 18:50

Gəncə şəhəri Kəpəz rayonunda 7 ədəd TM-62 tank əleyhinə mina aşkar olunaraq götürülüb.


Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) məlumat verib.


İyulun 5-də Tərtər rayonu Çaylı kəndində 1 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb.


Füzuli rayonu Yuxarı Kürdmahmudlu kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (PQ-7 raketi) aşkar edilərək götürülüb.


Ağstafa rayonu Dağkəsəmən kəndində yolun kənarında 1 ədəd partlamamış hərbi sursat (100 mm lik top mərmisi) aşkar edilərək götürülüb.


Gəncə şəhəri Kəpəz rayonunda yolun kənarında 7 ədəd TM-62 tank əleyhinə mina aşkar olunaraq götürülüb.


Ümumilikdə 5 İyul tarixində 4 əkin sahəsi, 8 partlayış yerinə baxış keçirilib, 3 ədəd partlamamış hərbi sursat (1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi, 1 ədəd PQ-7 raketi və 1 ədəd 100 mm-lik top mərmisi) və 7 ədəd TM-62 tank əleyhinə mina aşkar edilərək götürülüb. Gün ərzində 25 150 kv.m ərazi təmizlənib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı