Modern.az

Gömrükdə 80 min ədəd aksiz markasız siqaret götürülüb

Gömrükdə 80 min ədəd aksiz markasız siqaret götürülüb

Aktual

5 İyul 2016, 20:31

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsi tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində iki Azərbaycan vətəndaşı saxlanılıb. Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətin Modern.az saytına verilən məlumata görə, saxlanılanlardan birinin idarə etdiyi “Vaz-21063” markalı minik avtomobilindən 80 min ədəd siqaretlər aşkar edilərək götürülüb.

Əməliyyat Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında həyata keçirilib.

Məlumatda həmin şəxslər aksiz markası ilə markalanmalı olan məhsulları belə marka olmadan satma, satış məqsədi ilə saxlama, eyni zamanda Azərbaycanın gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilən müxtəlif markalı siqaretləri Azərbaycanda realizə etməklə məşğul olub. Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı