Modern.az

Telejurnalistə vəzifə verilib

Telejurnalistə vəzifə verilib

Aktual

5 İyul 2016, 20:52

Tanınmış telejurnalist Mais Ağayevə vəzifə verilib. Modern.az xəbər verir ki, aktual.az-ın məlumatına görə, M.Ağayev Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti rəhbərinin müavini təyin edilib. Jurnalist xəbəri təsdiqləyib.

Xatırladaq ki, Mais Ağayev İctimai Televiziyada böyük redaktor vəzifəsində çalışırdı. "Carçı region"un aparıcısı idi. O, ötən həftə yeni təyinatı ilə əlaqədar 10 il çalışdığı İctimai Televiziyadan ayrılıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı