Peruda hava öldürücü dərəcədə soyuyub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin dağlıq rayonlarında havanın hərarətinin həddən artıq aşağı olması səbəbindən insanlar və heyvanlar məhv olurlar.
Bəzi yerlərdə havanın temperaturu mənfi 20 dərəcəyə yüksəlib. Burada son iki ayda soyuqdəymədən 48 uşaq ölüb. Bəzi yaşayış yerlərində dərman və isti geyim çatışmır.
Qar, külək və şaxta mal-qara və məhsulu məhv edir. Milyonlarla Peru əhalisi aclıq təhlükəsi ilə üz-üzədir.
Modern.az