“Millət vəkili Azay Quliyevin ATƏT Parlament Assambleyasının vitse-prezidenti seçilməsi Azərbaycan adına və öz adına çox böyük bir zəfərdir”. Modern.az saytı xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa öz feysbuk səhidəsində yazıb.
Millət vəkili daha sonra yazır: “Öz zəhməti və qabiliyyəti ilə bu mötəbər qurumun rəhbərliyində dəyərli dostumun və həmkarımın təmsil olunması şəxsən mənə böyük sevinc bəxş etdi. Sadə bir kənd həyatından, ağır qaçqın həyatından keçmiş, ailənin həm övlad, həm də ata yükünü çiynində daşımış Azay Quliyev bir azərbaycanlının qüdrətini və potensialının nələr olduğunu ortaya qoymuş oldu. Bütün parametrlərlə o, bu mötəbər mövqeyə layiqdir, Allah daha böyük uğurlar qismət etsin! Bu mənim üçün Ramazan Bayramının ən gözəl xəbəri oldu”.
Modern.az