Modern.az

Kişi arvadının iki sevgilisini evdə tutdu: biri pəncərədən yıxıldı

Kişi arvadının iki sevgilisini evdə tutdu: biri pəncərədən yıxıldı

Aktual

5 İyul 2016, 23:32

Moskvanın Meşan rayonunun Böyük Pereyaslavski küçəsinin sakinləri bu gün iki dəfə təəccüblənməli olublar. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, gözlənilmədən evə gələn kişi arvadının iki sevgilisi ilə mənalı vaxt keçirdiyinin şahidi olub.

Kişilərdən biri 4-cü mərtəbədəki mənzilin pəncərəsinin qabağında evin sahibindən gizlənmək istəsə də, özünü saxlaya bilmədiyindən yıxılıb. 

Ancaq dərdli məşuqu xilas edən zaman məlum olub ki, o, mənzildə tək kişi olmayıb. Polislərin də təəccübünə səbəb olacaq hadisə baş verib. Onlar mənzildəki dolabda daha bir qonaq aşkarlayıblar.   

O qədər də sadə olmayan situasiyanın qəmli sonluğu belədir: Kişilərdən biri kəllə sümüyünün zədəsi ilə reanimasiyadadır, ikincisi araşdırma üçün polis məntəqəsinə aparılıb, üçüncü kişi isə arvadı ilə münasibətlərini aydınlaşdırır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı