Modern.az

Argentina millisinin baş məşqçisi istefa verdi

Argentina millisinin baş məşqçisi istefa verdi

Aktual

5 İyul 2016, 23:41

Futbol üzrə Argentina milli komandasının baş məşqçisi Xerardo Martino postundan istefa verib. Modern.az xarici mediaya istinadən bildirir ki, bu, yaxın zamanda rəsmən elan ediləcək.

53 yaşlı mütəxəssis Paraqvay milisindəki və “Barselona”dakı işi ilə tanınıb. O, argentina millisinə 2014-cü ildən rəhbərlik edirdi.

Onun baş məşqçisi olduğu Argentina iyun ayında keçirilən yarışda Amerika Kubokunu  qazana bilməyib.  Çili ilə keçirilən final oyununun əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Penalti zərbələrində Çili millisi 4:2 hesabı ilə qalib gəlib.

Bundan sonra “Barselona”nın hücumçusu Lionel Messi millidən getdiyini elan edib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı