Modern.az

“Azərbaycan və Belarus arasında siyasi dialoq yüksək səviyyəyə çatıb”

“Azərbaycan və Belarus arasında siyasi dialoq yüksək səviyyəyə çatıb”

Aktual

5 İyul 2016, 23:59

“Azərbaycan və Belarus arasında siyasi dialoq yüksək səviyyəyə çatıb”. Modern.az saytı Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov Bakıda keçirilən Belarusun müstəqillik Gününə həsr olunan təntənəli qəbul zamanı bildirib.

Baş nazirin müavini Azərbaycan hökuməti adından Müstəqillik Günü münasibətilə qardaş respublikanı və qardaş xalqı səmimi qəlbdən təbrik edib.

"Belarus və Azərbaycan arasında siyasi dialoqun yüksək səviyyəsindən məmnunluq ifadə etmək istəyirəm. Ölkələrimiz arasında münasibətlər şəffaf, hörmət, obyektivlik, etibarlılıq və qardaşlıq üzərində qurulur. Mən xüsusilə qeyd etmək istəyirəm ki, bunun əsasını bu iki ölkənin prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenkonun münasibətləri qoyub", - Eyyubov bildirib.

O bildirib ki, Belarus həmişə Azərbaycanı dəstəkləyib və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı öz ədalətli qiymətini həmişə bildirib.

"Biz bunu yüksək qiymətləndiririk və heç vaxt unutmayacağıq. Biz həmişə çətin anlarda bir-birinə əl uzaqdırıq və dəstək veririk. O aprel hadisələri zamanı çətin anlarda Belarus və onun prezidenti Dağlıq Qarabağ ətrafında cəbhə xəttində toqquşmalar zamanı öz narahatlığını və Azərbaycana dəstəyini göstərib", - Eyyubov bildirib.

Baş nazirin müavini ticarət-iqtisadi münasibətlər sahəsində iki ölkənin yaxşı göstəricilərini qeyd edib.

"Əmtəə dövriyyəsi 2014-cu illə müqayisədə 2015-ci il ərzində 30 faizdən çox artıb. Azərbaycan və Belarus arasında ticarət-iqtisadi münasibətlərdə 250-dən çox müəssisə və şirkət iştirak edir. Əmtəə mübadiləsi 300-dən çox adda məhsul üzrə keçirilir. Biz iqtisadi münasibətləri inkişaf etdirməyə və yaxşılaşdırmağa davam etdirəcəyik", - Eyyubov bildirib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı