Modern.az

Gün ərzində 69 cinayət faktı qeydə alınıb

Gün ərzində 69 cinayət faktı qeydə alınıb

Aktual

6 İyul 2016, 13:54

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 69 cinayət faktı qeydə alınmış, onların da 22-si “isti izlər”lə açılıb.

 

 

Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

 

 

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 2 nəfər yaralanıb.

 

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

 

 

Cinayət törətdiklərinə görə 34 nəfər tutulub.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı