Modern.az

Bu orqanlar dövlət qulluqçusu AXTARIR

Bu orqanlar dövlət qulluqçusu AXTARIR

Aktual

6 İyul 2016, 19:00

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edir.



Dövlət Komissiyasından Modern.az-a verilən məlumata ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu iyulun 5-dən 25-dək aparılır. Sənədlər şəxsən (bazar ertəsi - cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.


Daha ətraflı məlumat almaq üçün Komissiyanın www.csc.gov.az (və ya www.dqmk.gov.az) internet saytına müraciət edilə bilər.



Vakant vəzifələr aşağıdakılardır:

1. İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin Ümumdünya Ticarət Təşkilatı ilə iş üzrə sektoruna sektor müdiri (1 yer); Hüquq şöbəsinin Hüquqi təhlil və ekspertiza sektoruna böyük məsləhətçi (1 yer);


2. Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsinin İnformatika və tibbi statistika sektoru, sektor müdiri (1 yer);


3. Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Qeyri-büdcə təşkilatlarında nəzarət tədbirlərinin aparılması şöbəsinin Dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar üzrə nəzarət tədbirlərinin aparılması sektoruna aparıcı məsləhətçi-nəzarətçi müfəttiş (1 yer);


4. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət KomitəsininTexniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti, Gəncə Ərazi İdarəsinə rəis (1 yer); Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti, Gəncə Ərazi İdarəsinə rəis müavini (1 yer); Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti, Sumqayıt Ərazi İdarəsinə rəis (1 yer); Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti, Lənkəran Ərazi İdarəsinə rəis (1 yer); Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti, Xaçmaz Ərazi İdarəsinə rəis (1 yer); Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti, Salyan Ərazi İdarəsinə rəis (1 yer);


5. Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsi, Dövlət əmlakından səmərəli istifadəyə nəzarət sektoruna sektor müdiri (1 yer); Maliyyə, iqtisadi proqnozlaşdırma və daxili audit şöbəsi, Mühasibatlıq sektoruna sektor müdiri (1 yer); Bakı şəhəri üzrə 2 saylı ərazi şöbəsinə (Nəsimi, Binəqədi) şöbə müdirinin müavini (1 yer); Bakı şəhəri üzrə 2 saylı ərazi şöbəsinə (Nəsimi, Binəqədi) aparıcı məsləhətçi (müfəttiş) (1 yer); Bakı şəhəri üzrə 3 saylı ərazi şöbəsinə (Nərimanov, Nizami, Xətai) (Zəngilan, Şuşa), aparıcı məsləhətçi (müfəttiş) (1 yer); Bakı şəhəri üzrə 4 saylı ərazi şöbəsinə (Sabunçu, Suraxanı, Xəzər, Pirallahı) şöbə müdirinin müavini (1 yer); 7 saylı ərazi şöbəsinə (Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli), (Cəbrayıl) Hacıqabul rayonu üzrə, baş məsləhətçi (müfəttiş) (1 yer); 11 saylı ərazi şöbəsinə (Bərdə, Tərtər, Goranboy, Naftalan, Ağdam) şöbə müdirinin müavini (1 yer); 11 saylı ərazi şöbəsinə (Bərdə, Tərtər, Goranboy, Naftalan, Ağdam) Ağdam rayonu üzrə, məsləhətçi (müfəttiş) (1 yer); 12 saylı ərazi şöbəsinə (Qazax, Tovuz, Ağstafa, Gədəbəy) şöbə müdiri (1 yer); 12 saylı ərazi şöbəsinə (Qazax, Tovuz, Ağstafa, Gədəbəy) şöbə müdirinin müavini (1 yer); 13 saylı ərazi şöbəsinə (Xaçmaz, Quba, Qusar, Şabran) şöbə müdiri (1 yer); 13 saylı ərazi şöbəsinə (Xaçmaz, Quba, Qusar, Şabran) şöbə müdirinin müavini (1 yer); 14 saylı ərazi şöbəsinə (Beyləqan, Ağcabədi, Füzuli, İmişli) şöbə müdirinin müavini (1 yer); 15 saylı ərazi şöbəsinə (Cəlilabad, Masallı, Yardımlı, Biləsuvar) şöbə müdiri (1 yer); 16 saylı ərazi şöbəsinə (Şamaxı, İsmayıllı, Qobustan, Ağsu, Qəbələ) şöbə müdirinin müavini (1 yer); 16 saylı ərazi şöbəsinə (Şamaxı, İsmayıllı, Qobustan, Ağsu, Qəbələ) Ağsu rayonu üzrə, baş məsləhətçi (1 yer); Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Torpaq ehtiyatlarının istifadə olunması və mühafizəsinə dövlət nəzarətinin təşkili şöbəsininTorpaq ehtiyyatlarının monitorinqi sektoruna sektor müdiri (1 yer); Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Torpaq inzibatçılığı şöbəsinin Torpaqların idarə olunması sektoruna sektor müdiri (1 yer); Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin Torpaq inzibatçılığı şöbəsinin Torpaq münasibətlərinin tənzimlənməsi sektoruna aparıcı məsləhətçi (1 yer); Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin Hüquq şöbəsinə şöbə müdiri (1 yer); Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinə şöbə müdiri (1 yer); Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin Yerquruluşu və inzibati ərazi vahidlərinin sərhədlərinin müəyyənləşdirilməsi sektoruna sektor müdiri (1 yer); Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin Daşınmaz əmlakın vahid dövlət kadastrı şöbəsinə şöbə müdiri (1 yer); Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin ünvan reyestri şöbəsinə şöbə müdiri

 

 

  Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı