Modern.az

Kanalda boğulan yeniyetmənin meyiti tapılıb

Kanalda boğulan yeniyetmənin meyiti tapılıb

Aktual

6 İyul 2016, 20:03

Yuxarı Şirvan su kanalında boğulan 14 yaşlı oğlanın meyiti tapılıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, Göyçayın Dövranlı kəndinin sakini 2002-ci il təvəllüdlü Məmmədov Vüqar Elşad oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevir dalğıc-axtarış xilasetmə qrupunun əməkdaşları tərəfindən boğulduğu yerdən 200 metr aralıda tapılıb. Meyit aidiyyatı üzrə təhvil verilib.

 Qeyd edək ki, hadisə bu gün saat 15:00 radələrində Göyçayın Dövranlı kəndində qeydə alınıb. Kənd sakini 2002-ci il təvəllüdlü Məmmədov Vüqar Elşad oğlu dostları ilə birgə Yuxarı Şirvan kanalında çimərkən suda boğulub. Kənd sakinləri meyiti kanaldan çıxara bilməyiblər. Daha sonra hadisə yerinə FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevir dalğıc-axtarış xilasetmə qrupunun əməkdaşları cəlb edilib.  Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı