Modern.az

Borca görə bacıoğlu dayısını və onun oğlanlarını güllələdi

Borca görə bacıoğlu dayısını və onun oğlanlarını güllələdi

Aktual

6 İyul 2016, 22:16

Dağıstanın Qayakənd rayonunun Qazmalar kəndində polis 3 nəfəri öldürən şəxsi axtarır. Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, dəhşətli qətli törədən Məhəmmədzahir Kazilov 56 yaşlı dayısı Ələddin Kizilovun öz oğlanları – 18 yaşlı Bayraməli və 26 yaşlı Osmanın işlədikləri həyətyanı sahəyə gəlib.

“Məlum olan budur ki, mübahizə pul üstündə düşüb. Məhəmmədzahir tapançanı çıxararaq dayısını və onun oğlanlarını güllələdikdən sonra maşınla hadisə yerindən qaçıb”, - respublikanın hüquq-mühafizə orqanlarındakı mənbə deyib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs VAZ 21009-la qaçıb. Hazırda onun axtarışı aparılır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı