Modern.az

Obama Putinlə  Qarabağ münaqişəsini müzakirə edib

Obama Putinlə  Qarabağ münaqişəsini müzakirə edib

Aktual

6 İyul 2016, 23:05

Bu gün Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, telefon danışığı Rusiyanın təşəbbüsü ilə baş tutub.

Məlumata görə, ABŞ prezidenti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Rusiyanın səylərini yüksək qiymətləndirib.

Vladimir Putin iyunun 20-də Sankt-Peterburqda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın iştirakı ilə keçirilən üçtərəfli görüşün yekunlarına dair  Barak Obamanı məlumatlandırıb.

"Vladimir Putin vurğulayıb ki,  Rusiya görüşü təşkil etməklə münaqişə zonasında vəziyyətin sabitləşməsi və sülh prosesində irəliləyişə nail olunması üçün şəraitin yaradılmasının  vacibliyinə əsaslanıb. Barak Obama Rusiyanın səylərini yüksək qiymətləndirib”, məlumatda deyilir.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı