Modern.az

Turistlər Abxaziyanı tərk edir

Turistlər Abxaziyanı tərk edir

Aktual

7 İyul 2016, 00:11

Gürcüstandan müstəqilliyini birtərəfli qaydada elan etmiş və tanınmayan Abxaziyanın «Kurort və Turizm Nazirliyi» bildirir ki, turistlər respublikanı tərk edirlər. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Abxaziyadakı otellərin çoxunda turistlər istirahətlərini yarımçıq qoyaraq vətənlərinə dönürlər. Buna səbəb kimi dünən Suxumidə baş vermiş iğtişaşlar göstərilir.

«Nazirlik»dən onu da ediblər ki, yerli əhalinin böyük hissəsi üçün kurort mövsümü yeganə gəlir mənbəyidir.

Xatırladaq ki, dünən müxalifət DİN başçısının istefasını tələb edərək nazirliyin binasına hücum cəhdi edib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimizdə təhlükə! Türkiyəylə Azərbaycana qarşı gizlli plan