Avropa çempionatının yarımfinal mərhələsində ilk oyun keçirilib. Modern.az saytı xəbər verir ki, ilk oyunda Portuqaliya və Uels komandaları üz-üzə gəlib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsində hesab açılmayıb. İkinci hissədə daha fəal oyun nümayiş etdirən Portuqaliya 50-ci dəqiqədə Ronaldonun baş zərbəsi ilə hesabı açıb.
Bundan 4 dəqiqə sonra Nani hesabı 2:0-a çatdırıb. Bununla da Portuqaliya “Avro 2016”nın ilk finalçısı kimi öz yerini rəsmiləşdirib.
Bu gün isə “Avro 2016”nın daha bir erkən finalı olacaq. Belə ki, ikinci yarımfinal oyununda Fransa millisi Almaniya ilə qarşılaşacaq.
Modern.az