Biləsuvar rayonunda yerləşən Cəbrayıl qəsəbəsində maskalı şəxs məcburi köçkünün evinə basqın edib.
Modern.az saytı Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, qəsəbə sakini Zeynəb Haqverdiyevanın yaşadığı evə girən maskalı şəxs onu və oğlu Namiqi döyərək pul vermələrini tələb edib. Mayın 26-da törədilmiş hadisəni araşdıran Cəbrayıl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən Sabirabad şəhər sakini, əvvəllər məhkum olunmuş İslam Cəfərzadə tutulub.
Modern.az