Modern.az

Jurnalistin valideynləri yol qəzasına düşdülər

Jurnalistin valideynləri yol qəzasına düşdülər

Aktual

7 İyul 2016, 13:23

Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının 125-ci kilometrliyində qeydə alınıb. Cəlilabad rayonunun Musalı kənd sakini Zaur Babayevin idarə etdiyi “VAZ 21015” markalı minik avtomobili Bakı şəhər sakini Xanağa Nəzərovun idarə etdiyi minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ 21015”in sərnişini Fariz Rəsulov hadisə yerində dünyasını dəyişib. Hər iki avtomobilin sürücüləri də daxil olmaqla, sərnişinləri Məhəmməd Məmmədov, Dilbər Əbilova və Telman Əbilov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların hamısına müvafiq tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.

Qeyd edək ki. Qəzada xəsarət alan Telman Əbilov və Dilbər Əbilova "Qafqazinfo" portalının redaktoru Günel Əbilovanın valideynləridir. 


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhədimizdə təhlükə! Türkiyəylə Azərbaycana qarşı gizlli plan