ABŞ dövlət katibi Cohn Kerri Kiyevdə rəsmi səfərdədir.
Modern.az "Azadlıq" radisosuna istinadən xəbər verir ki, Kerri ölkə rəhbərliyi ilə Ukraynanın şərqindəki vəziyyəti, atəşkəs rejiminin durumunu müzakirə etməlidir.
Kerrinin səfəri NATO-nun Varşavada keçiriləcək sammiti ərəfəsinə təsadüf edir.
Bu sammitdə Ukrayna prezidenti Pyotr Poroşenko da iştirak edəcək.
Ukrayna prezident aparatı rəhbərinin müavini Konstantin Yeliseyev deyib ki, Kerrinin səfəri zamanı əsasən qlobal və regional təhlükəsizlik, habelə Ukrayna ilə NATO arasında əməkdaşlıq məsələləri müzakirə olunmalıdır.
O bildirib ki, Ukrayna özünün köhnəlmiş silahlarını təkmilləşdirmək üçün ABŞ və digər müttəfiqlərdən əlavə maliyyə yardımı almaq ümidindədir.
Qeyd edək ki, Kerri Ukraynaya Gürcüstandan gedib.
Modern.az