Dağıstanın Qarabudaqkənd rayonunda keçirilən xüsusi əməliyyat zamanı iki yaraqlı məhv edilib. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, hərbi toqquşma bu gün səhər saatlarından başlayıb. Döyüş zamanı xüsusi təyinatlılar bir yaraqlını məhv etdikdən sonra onun dəstəkçilərini axtarırlar. Ərazi mühasirəyə alınıb.
Hazırda 6 yaraqlı xüsusi təyinatlılara müqavimət göstərir. Xüsusi təyinatlılardan biri yaralanıb.
Modern.az