Modern.az

Bakı-Şamaxı yolunda ağır yol qəzası - 7 nəfər yaralanıb

Bakı-Şamaxı yolunda ağır yol qəzası - 7 nəfər yaralanıb

Aktual

7 İyul 2016, 18:04

Qobustan rayonunda ağır yol qəzası baş verib, 7 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qurumunBöhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Qobustan rayonu, Bakı-Şamaxı yolunun 86-cı kilometrliyində vətəndaşlara məxsus 2 ədəd "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış avtomobillərdə sıxılmış vəziyyətdə qalmış 7 nəfəri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 15:00-da başa çatıb.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhədimizdə təhlükə! Türkiyəylə Azərbaycana qarşı gizlli plan