Modern.az

Şabranda 200 hektar ərazi yanıb

Şabranda 200 hektar ərazi yanıb

Aktual

7 İyul 2016, 20:12

Fövqəladə Hallar Nazirliyi Şabranda baş verən yanğınla bağlı məlumat yayıb. Modern.az nazirliyin saytına istinadən xəbər verir ki, bu gün Şabran rayonu, Taxtalar və Surra kənd bələdiyyələrinə (rayon mərkəzindən 12 km aralı) məxsus ərazidə 70 ha biçilmiş taxıl sahəsi, 130 ha quru ot və kol-kos yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Yanğın saat 16:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhədimizdə təhlükə! Türkiyəylə Azərbaycana qarşı gizlli plan