“Kəpəz” futbol klubu növbəti mərhələyə vəsiqə qazanıb. Modern.az saytı xəbər verir ki, Gəncə komandası tarixində ilk dəfə Avrokuboklarda mərhələ adlaya bilib. Belə ki, “Kəpəz” Avropa Liqasının I təsnifat mərhələsində səfərdə Moldovanın "Daçiya" komandasını 1:0 hesabı ilə məğlub edib. Oyunda yeganə qolu 56-cı dəqiqədə Dario vurub.
Qeyd edək ki, doğma meydanda keçirilən görüş 0:0 hesabı ilə yekunlaşmışdı. Növbəti mərhələdə “Kəpəz”in rəqibi Avstriyanın “Admira” klubu olacaq.
Modern.az