UEFA Avropa Liqasında I təsnifat mərhələsinin bu gün cavab qarşılaşması keçirilib. Modern.az saytı xəbər verir ki, “Qəbələ” Gürcüstanın “Samtredia” komandası ilə qarşılaşıb. Oyun Bakıda 5:1 hesablı qələbə qazanan Roman Qriqorçukun yetirmələri üçün formal xarakter daşıyırdı. Oyunda hesabı meydan sahibləri açıblar. Zivzivadze 14-cü dəqiqədə özünə qarşı kobudluğa görə təyin olunan penaltini qola çevirib. Hissənin sonlarına yaxın "Qəbələ" Teo Uiksin qolu ilə hesabı bərabərləşdirib. Amma ikinci hissədə daha bir qol vuran “Samtredia” hesabı 2:1-ə çatdırıb. Məğlubiyyətə baxmayaraq növbəti turda mübarizəni davam etdirmək hüququnu “Qəbələ” qazanıb.
Modern.az