Bu gün "Neftçi" klubu Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə Maltanın "Baltsan" klubunu qəbul edib. Modern.az saytı xəbər verir ki, oyunun ilk dəqiqələrindən hücuma keçən meydan sahibləri 20-ci dəqiqədə hesabı açıb.
Amma ikinci hissənin 51-ci və 67-ci dəqiqəsində qapısında iki top görən komandamız meydanı 1:2 hesablı məğlubiyyətlə tərk edib. Məğlubiyyətə baxmayaraq "Neftçi" növbəti mərhələyə adlaya bilib.
Qeyd edək ki, paytaxt təmsilçisinin II təsnifat mərhələsindəki rəqibi "Krakoviya” (Polşa) - "Şkendiya” (Makedoniya) cütünün qalibi olacaq. Növbəti mərhələnin ilk oyun iyulun 14-də Bakıda keçiriləcək.
Modern.az