Modern.az

Avropa Komissiyası Ermənistan AES-i yoxladı

Avropa Komissiyası Ermənistan AES-i yoxladı

Aktual

7 İyul 2016, 22:43

Avropa Komissiyasının mütəxəssisləri Ermənistan Atom Elektrik Stansiyasının riskləri və təhlükəsizliyinə dair milli hesabatının qiymətləndirilməsini başa çatdırıblar.

Modern.az saytı APA-ya istinadən  xəbər verir ki, bu barədə bu gün Yerevanda Avropa İttifaqının nümayəndə heyəti bildirib.

Ermənistan hökuməti yanında Nüvə Təhlükəsizliyinin Nizamlanması üzrə Dövlət Komitəsi ekspert rəyi almaq üçün 2015-ci ilin avqustunda Ermənistan Atom Elektrik Stansiyasının stress-testinə dair hesabatı Avropa Komissiyasının Energetika üzrə Baş Direktorluğuna təqdim edib.

“Ekspert qiymətləndirilməsi 21-22 iyun tarixində Ermənistanda keçirilib. On nəfərdən ibarət qrupun tərkibində Avropa Nüvə Təhlükəsizliyinin Nizamlanması Qrupundan (ENSREG) 8 nəfər, Avropa Komissiyasından isə 2 nəfər olub”, - deyə məlumatda bildirilir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Təcili xəbər! Mehdiyevdən məhkəməyə etiraz - Nə baş verir?