Modern.az

Şəmkirdə 19 yaşlı oğlan suda boğulub

Şəmkirdə 19 yaşlı oğlan suda boğulub

Aktual

8 İyul 2016, 09:28

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə bir nəfərin suda boğulması ilə bağlı məlumat daxil olub. Bu haqda Modern.az saytına Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd edilib ki, Şəmkir rayonu, Qasım İsmayılov kəndində 1 nəfər göldə çimərkən batıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. 1997-ci il təvəllüdlü İsmayılov Mikayıl Eyvaz oğlunun cəsədi batdığı yerdən 7 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 08:25-də başa çatıb.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!