Modern.az

Bu gün Xətai rayonunda su problemi olacaq

Bu gün Xətai rayonunda su problemi olacaq

Aktual

8 İyul 2016, 12:00

Bu gün Xətai rayonunda içməli suyun verilməsində məhdudiyyət olacaq.

 

Bu barədə “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az saytına verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, Bakı şəhəri Xətai rayonunda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə yenidən qurulmuş şəbəkələrin mövcud magistral xətlərə birləşdirilməsi ilə əlaqədar gün ərzində Xətai rayonunun Telnov, Şıxlı, Mehmandarov, Tusi, Neapol, M.Rüstəmov, Sarayevo küçələrinə və Gəncə prospektinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

 

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı