İyulun 7-də Hacıqabul rayonu Pirsaat qəsəbəsində SOCAR brendi altında sayca 21-ci yanacaqdoldurma məntəqəsinin (YDM) açılış mərasimi keçirilib.
Modern.az saytı “SOCAR Petroleum” QSC-yə istinadən xəbər verir ki, yeni açılan məntəqədə nağdsız satış üçün POS-terminallar, ən son model Yaponiya istehsalı olan yanacaqpaylayıcı kalonkalar və yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem quraşdırılıb.
Tədbirdə çıxış edən Toğrul Seyidov yeni açılan YDM-lərin ölkədə daimi iş yerlərinin açılmasına, bununla da əhalinin sosial təminatının yaxşılaşdırılmasına mühüm töhfələr verdiyini diqqətə çatdırıb.
O bildirib ki, SOCAR brendi altında fəaliyyət göstərən məntəqələrin hər birində orta hesabla 60 nəfər çalışır.
Gülşən RAUFQIZI