Modern.az

İyun ayında ASAN xidmətə 6213 müraciət daxil olub

İyun ayında ASAN xidmətə 6213 müraciət daxil olub

Aktual

8 İyul 2016, 12:14

2016-cı ilin iyun ayında Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı, eləcə də Bərdə, Sabirabad rayonlarındakı və Gəncə şəhərindəki ASAN xidmət mərkəzlərinə ümumilikdə 6213 müraciət daxil olub.

 

SOCAR-ın mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, müraciətlər əsasında bir çox problemlər öz həllini tapıb.

 

Əsasən, “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi, “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması, həmçinin qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi barədə edilmiş müraciətlərin hamısı həll olunub.


İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı