Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, hadisə iyulun 7-də saat 23 radələrində baş verib.
Zaqatala rayonunun Danaçı kəndində rayon sakini Bilal Nəbiyev idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan “İJ” markalı motosikleti yolun kənarında dayanmış həmyerlisi Bəxtiyar Mamayevə məxsus “İJ” markalı motosikletə vurub.
Nəticədə B.Nəbiyevin sərnişini, Bakı şəhər sakini Pyotr Kuznetsov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.
Gülşən RAUFQIZI