Modern.az

Havalar pisləşəcək - XƏBƏRDARLIQ

Havalar pisləşəcək - XƏBƏRDARLIQ

Aktual

8 İyul 2016, 13:02

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Modern.az-a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 9-da güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlə müqayisədə 4 dərəcəyədək aşağı enəcək.

Azərbaycanın rayonlarında iyulun 9-u axşamdan 12-si gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı,  dağlıq ərazilərdə dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı