Bakı şəhərində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, hadisə iyulun 7-də saat 12 radələrində baş verib.
Belə ki, Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini Ramil Qurbanov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı hasara vurub və hadisə yerində ölüb.
Xətai RPİ tərəfindən araşdırma aparılır.
Gülşən RAUFQIZI