Azərbaycanın Avropa Liqasında mübarizə aparan 3 futbol klubu ötən gün II təsnifat mərhələsinə vəsiqə qazanıb.
Artıq komandalarımızın rəqibləri də məlumdur.
Gəncənin “Kəpəz” klubu növbəti mərhələdə “Admira” (Avstriya) ilə qarşılaşacaq. Komandalar arasında ilk oyun iyulun 14-də Avstriyada, cavab matçı isə iyulun 21-də Bakıdakı “Dalğa Arena”da keçiriləcək.
“Qəbələ” isə Macarıstanın MKT klubu ilə üz-üzə gələcək. “Qəbələ” ilk görüşünü iyulun 14-də Macarıstanda keçirəcək. Cavab görüşü isə bir həftə sonra Bakıdakı 8-ci kilometr qəsəbə stadionunda oynanılacaq.
Bakının “Neftçi” klubu isə ikinci mərhələdə Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşacaq. Komandalar arasında ilk oyun iyulun 14-də Bakıda, cavab qarşılaşması isə iyulun 21-də Makedoniyada keçiriləcək.
Modern.az