Modern.az

Bakıda 100 min manatlıq gəlinliyi məhv etdirən qadın tutuldu

Bakıda 100 min manatlıq gəlinliyi məhv etdirən qadın tutuldu

Aktual

8 İyul 2016, 13:28

Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da Bakı şəhər sakini S.Qurbanovaya məxsus gəlinlik paltarları satışı mağazasında yağ və benzinlə qarışmış məhlulu paltarların üzərinə tökərək əmlakı qəsdən məhv etmiş şəxsə sifariş verən yaxalanıb.

Modern.az saytı Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, gəlinlikləri məhv edən şəxsin paytaxt sakini Xalıq Həşimzadə olması müəyyən edilib. Hadisəni sifariş etmiş Bakı şəhər sakini Leyla Ağayeva tutulub.

Zərəçəkənin bir müddət öncə mətbuata verdiyi məlumata görə, gəlinliklərin məhvi nəticəsində ona 100 min manata yaxın ziyan dəyib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı