Modern.az

"Şərq Tərəfdaşlığı" ölkələri üçün media müsabiqəsi keçiriləcək

"Şərq Tərəfdaşlığı" ölkələri üçün media müsabiqəsi keçiriləcək

Aktual

8 İyul 2016, 13:58

Şәrqi Avropada mәdәniyyәt müxtәlifliyi  üzrә ADAMI mediamükafatı müsabiqəsi açıq elan olunub.

 

Audiovizual KIV-in bumedia-müsabiqəsi"ŞərqTərəfdaşlığı" ölkələrində öz regionlarının dini-mədəni, tarixi və etnik müxtəlifliyini işıqlandırmaq üçün çalışan jurnalistlərin, tele-radio yayım şirkətlərinin əməkdaşların və kinematoqrafların fəaliyyətini əhatə edir. Ümumilikdə,  televiziya  və onlayn kontenti əhatə edən 6 kateqoriyada 6 mükafat nəzərdə tutulub. Eləcə də gənc kinematoqraflar və jurnalistlər üçün mükafatlar nəzərdə   tutulub.

 

ADAMI müsabiqəsində Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna KİV işçiləri iştirak edəcək. Bu, mədəni müxtəliflik üzrə işlərinizi nümayiş etdirmək və yayım peşəkarlarından ibarət qrupa qoşulmaq üçün unikal imkandır.

 

ADAMI Media mükafatı 2016-cı ildə altı kateqoriya üzrə mükafat təqdim edəcək:

 

● Әylәncә (bәdii) üzrә ADAMI Media mükafatı

● Mәlumat (qeyri bәdii) üzrә ADAMI Media mükafatı

● Xәbәrlәr vәQısaQeyri bәdii verilişlәr üzrә ADAMI Media mükafatı

● Gәnclәr üçün ADAMI Media mükafatı

● Veb sәhifәlәr üzrә ADAMI online mükafat

● Vebvideolarüzrә ADAMI online mükafat

 

Müsabiqədə qeydiyyatdan keçmək üçün aşağıda göstərilən linkə daxil ola bilərsiniz:

adamimediaprize.eu.

 

Ərizəqəbulunun son tarixi 10 oktyabr 2016-cı ildir. Qaliblər 2016-cı ilin  noyabrayında Ukraynanın Kiyev şəhərində, beynəlxalq səviyyədə yayımlanan  Ukrayna Milli Televiziyasında təşkil olunacaq təntənəli mərasimdə elan olunacaq.

 

Müsabiqənin qaydaları və digər məsələlər üçün [email protected] ilə əlaqə qurmaq tövsiyyə olunur.

 

 

ADAMI AlmaniyaXarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən təşəbbüsdür və Avropa Yayım  Birliyi, "DeutscheWelle" Akademiyası, Şərqi Avropa araşdırmaları üzrə Alman Cəmiyyəti ilə tərəfdaşlıq şəklində həyata keçirilir. ADAMI Ukrayna, Moldova və Gürcüstanın milli ictimai teleradio yayım  qurumları ilə əməkdaşlıq edir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı