Modern.az

"Bir mahnı tarixçəsi" verilişi yenidən efirə qayıdır

"Bir mahnı tarixçəsi" verilişi yenidən efirə qayıdır

Aktual

8 İyul 2016, 16:03

Aparıcı Könül Arifqızı "Bir mahnı tarixçəsi" verilişi ilə yenidən efirə qayıdır. 

Modern.az bildirir ki, axşam.az-a açıqlama verən aparıcı proqramın 5 ildən sonra yenidən efirə getməsinin səbəblərini açıqlayıb:

"Bir mahnı tarixçəsi" illərdir var. 5 ildir ara vermişdim. 2011-ci ilin yazında verilişin sonuncu buraxılışı yayımlandı. Bu müddət ərzində "Ötən əsrin nəğmələri"ni işlədim. O da uğurlu layihə idi. Mövzu baxımından bir-birinə bənzəyir. 

"Bir mahnı tarixçəsi" çox əziyyətli bir verilişdir. Bir mahnını götürüb ciddi araşdırmaq lazım gəlir. 

Hərdən küçədə insanlar yaxınlaşanda mənə "Bir mahnı tarixçəsi" proqramı haqda soruşurdular. Başa düşdüm ki, geri qayıtmaq lazımdır".

K.Arifqızı "Niyə bütün verilişlər yay tətilinə yollandığı ərəfədə siz efirə qayıdırsınız?" sualına belə cavab verib:

"Layihəni yazda etməliydik, bir az uzandı. Sonra da dedik ki, sentyabrda təqdim edək. Amma veriliş indi hazır olanda saxlamaq istəmədik. Elə bu gün axşam saat 22:45-də İctimai kanalda yayımlanacaq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı