Modern.az

BDU tələbələrini təcrübəyə yolladı

BDU tələbələrini təcrübəyə yolladı

Aktual

8 İyul 2016, 16:11

Bakı Dövlət Universiteti tələbələrinin istehsalat təcrübəsi başlayıb. Tələbələr təhsil aldıqları fakültələrin profilinə uyğun olan müəssisələrə göndəriliblər.

Modern.az xəbər verir ki, universitetin Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə tələbələrlə görüşərək, təcrübə prosesi ərzində uğurlu nəticələr göstərməyi tövsiyə edib və onlara uğurlar arzulayıb.

Sonra tələbələr prorektorların və fakültə dekanlarının rəhbərliyi altında təcrübə rəhbərləri ilə birlikdə avtobuslarla universitetin Qubada yerləşən Tədris, təcrübə və istirahət mərkəzinə yola salınıblar.

Qeyd edək ki, təcrübə fakültələr üzrə mərhələli şəkildə davam etdiriləcək.

 
Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı