Modern.az

İlhamə Quliyevanın köməkçisinin istintaqı yekunlaşıb

İlhamə Quliyevanın köməkçisinin istintaqı yekunlaşıb

Aktual

8 İyul 2016, 20:01

Xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın barəsində cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Modern.az saytı xəbər verir ki, vəkil Vasif Mirzəyev APA-ya bildirib ki, bu gün ona və M. Hüseynovaya müstəntiq tərəfindən istintaqın yekunlaşması elan edilib. Vəkil M. Hüseynovanın ittihamları qəbul etmədiyini, günahsız olduğunu və növbəti həftədən cinayət işinin materialları tanış olmağa başlayacaqlarını deyib.

 

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180-ci (soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

 

İ. Quliyeva fevralın 25-də dünyasını dəyişib.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı