Modern.az

Feysbukdan yenilik

Feysbukdan yenilik

Aktual

8 İyul 2016, 20:29

"Facebook" şirkəti "Facebook Messenger" ani yazışma proqramında "gizli çat" xidmətinin sınaqlarına start verib. Modern.az xəbər verir ki, "gizli çat" xidməti istifadəçilərə yazışmaların birbaşa (end-to-end) şifrelenmesini təklif edir. Bu o deməkdir ki, bir qurğudan başlanılan yazışma digər qurğuda əlçatan olmayacaq. Belə ki, əgər istifadəçi dostuna mobil telefon vasitəsi ilə mesaj yazıbsa, həmin mesajı kompyuterdən oxumaq mümkün olmayacaq.

Oxşar iş prosesi "Telegram" mesencerində tətbiq olunur. Bundan əlavə "Facebook"a məxsus WhatsApp proqramında bu cür şifrələnmə artıq 2016-cı ilin aprelindən istifadəyə verilib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı