Hacıqabulda oğul atasını bıçaqlayıb. Modern.az APA-ya istinadən xəbər verir ki, bıçaqlanma hadisəsi Hacıqabul rayonunun Muğan kəndində qeydə alınıb. Kənd sakini Hənifəyev Vüsal Əhmədağa oğlu atası - 1960-cı il təvəllüdlü Hənifəyev Əhmədağa Şamil oğlunu ailə münaqişəsi zəminində bıçaqlayıb. Yan tərəfindən bıçaqlanan yaralı Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsində ambulator yardım alaraq evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.
Modern.az