“ABŞ prezidenti Bark Obama bu gün Avropa İttifaqı liderləri ilə görüşündə Rusiyaya qarşı sanksiyaların tətbiqinin davam etdirilməsini müzakirə edib”. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini Ben Rods jurnalistlərə açıqlamasında bildirib.
Ben Rods vurğulayıb ki, onlar Rusiyaya qarşı sanksiyaların tətbiqinin davam etdirilməsinin vacibliyini təsdiqləyiblər: “Liderlər Rusiyanın Minsk razılaşmasından irəli gələn öhdəliklərini yerinə yetirməsini də dəstəkləyiblər".
Qeyd edək ki, Krımı ilhaq etdiyi və Ukraynanın şərqindəki terrorçuları dəstəklədiyi üçün Avropa İttifaqına üzv dövlətlər və ABŞ Rusiyaya qarşı sanksiya tətbiq ediblər.
Modern.az