Modern.az

Salyanda 29 yaşlı bərbər intihar edib

Salyanda 29 yaşlı bərbər intihar edib

Aktual

8 İyul 2016, 23:58

Bu gün axşam saatlarında Salyan rayonunda intihar hadisəsi baş verib. Modern.az saytı Virtualaz.org-a istinadən xəbər verir ki,  Salyan şəhəri, 20 Yanvar küçəsində yaşayan və bərbər işləyən 1987-ci ildə anadan olmuş Quliyev Rafət Ağaqulu oğlu özünü həyətlərindəki yardımçı tikilidə ilgəklə asaraq intihar edib.

Yaxınlarının bildirliklərinə görə, onun bu yaxınlarda ailə həyatı quracağı gözlənilirmiş. İntiharın hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı